Salam, əsgər…

Salam, əsgər…

Salam, əsgər          

Bu məktubu sənə dərin, sanki sualtı səssizliyə dalmış sübhün qaranlığından yazıram. Bil ki, doğma torpaqlarımız uğrunda savaşa yollandığın gündən burada hər sübhümüz belə açılır – mərmi səsləri, raket zərbələri, partlayışlar dolu qanlı-qadalı, lal sükutla...

Sən savaşa qalxan gündən buralarda hər şey dəyişib – gecələr, gündüzlər, düşüncələr, duyğular, bir-birimizə münasibətlər... Gecələr ətraf sanki dinc yuxu sükutuna qərq olsa da, əslində heç bir dinclik, yuxu yoxdur. Hər ev, hər kəs sənin ardınca irəlilədiyin sürüşkən cığırlarla, addım-addım qalxdığın sıldırımlı qayalıqlarla yeriməkdə, sənə tuşlanan güllələri, mərmi qəlpələrini havadaca sinələri və ovuclarıyla tutmaqdadır…

İndi haradasan, əsgər?.. Ardınca addım-addım kölgə tək sürünən bizləri eşidirsənmi?.. Qarlı-şaxtalı fevral gecəsi isti yatağından qaldırılıb amansız işgəncələrlə qətlə yetirilən soydaşlarının, erməni divanından canını qurtarmaq üçün yalın ayaqlarla qarlı meşələrə qaçan alagözlü, gözəlüzlü xocalılıların qalib bayraqlartək bizimlə çiyin-çiyinə sənin ardınca addımladığını duyursanmı?.. Bilirəm, şəhidlərimizin, günahsız, məsum qurbanlarımızın ağrısından bərkiyib polada dönmüş vücudun bədənində açılan güllə yaralarını hiss etmir… Yaralı, yorğun bədənin torpağa düşsə də, qəlbində məşəltək daşıdığın müqəddəs üçrəngli bayraq enmir! O bayrağı son nəfəsinəcən,  aldığın torpaqlarımızın son qarışınacan dik tutacağını bilirəm, ey mənim igid əsgərim!

“Torpaq, uğrunda ölən varsa, vətəndir” – deyirlər. Amma axı Vətən tək bir torpaq, təbiət, meşələr, dağlar deyil?! Vətən hər şeydən əvvəl onun uğrunda öləndən başlanır! Vətən sənsən, əsgər! Vətəni Vətən edən İgid!  

Var ol, əsgər! Yaşa, igid Vətən! 

Afaq Məsud

VƏ DİGƏR...

  • Ulucay Akifin şeirləri İspaniya elektron ədəbiyyat jurnalında Ulucay Akifin şeirləri İspaniya elektron ədəbiyyat jurnalında

    İspaniyanın “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində yeni yaradılan “Azərbaycan şairləri” bölməsində gənc,

  • Türkiyə dərgisində Şuşa şairləri haqqında geniş məqalə dərc olunub Türkiyə dərgisində Şuşa şairləri haqqında geniş məqalə dərc olunub

    Türkiyə Dil və Ədəbiyyat dərgisinin 163-cü sayında Dövlət Tərcümə Mərkəzinin ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq nəşr etdiyi, Şuşada doğulub-böyümüş görkəmli Azərbaycan şairləri 

  • Zərdüşt Şəfinin hekayəsi Qazaxıstan ədəbiyyat portalında Zərdüşt Şəfinin hekayəsi Qazaxıstan ədəbiyyat portalında

    Qazaxıstanın  adebiportal.kz” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkə­zi­nin “Ən ye­ni Azərbaycan ədəbiyyatı” la­yihəsi çərçivəsində dünyasını vaxtsız dəyişmiş  gənc, istedadlı yazıçı Zərdüşt Şəfinin rus dilinə tərcümə olunmuş “Sonuncu çiçək dükanı”