Müasir Azərbaycan şeiri antologiyası ingilis dilində

Müasir Azərbaycan şeiri antologiyası ingilis dilində

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – ingilis dilində tərtib edilmiş “Candles (101 verses)” – “Şamlar (101 şeir)” adlı şeir antologiyası işıq üzü gördü. 55 Azərbaycan şairinin 101 şeirinin yer aldığı bu kitab, zəngin ənənələrə malik poeziyamızın müasir mənzərəsinin beynəlxalq müstəviyə çıxarılması istiqamətində Mərkəzin həyata keçirdiyi ilk nəşrdir.

Azərbaycanın müasir poeziyasını beynəlxalq kitab sərgilərində təmsil edəcək bu kitaba Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Nigar Rəfibəylinin, Vaqif Səmədoğlunun, Əli Kərimin, Məmməd Arazın, Musa Yaqubun, Sabir Rüstəmxanlının, Kamal Abdullanın, Zəlimxan Yaqubun, Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin, İsa İsmayılzadənin, Ələkbər Salahzadənin, Fikrət Qocanın, Nəriman Həsənzadənin, Nüsrət Kəsəmənlinin, Zakir Fəxrinin, Salam Sarvanın, Çingiz Əlioğlunun, Vaqif Bəhmənlinin, Əjdər Olun, Aqşin Yeniseyin, Nərmin Kamalın və digər şairlərin şeirləri daxil edilib.

Antologiyanı ingilis dilinə Kamran Nəzirli çevirib. 

VƏ DİGƏR...

  • “Leyli və Məcnun” operası xarici KİV-də “Leyli və Məcnun” operası xarici KİV-də

    Misirin məşhur albraq-news.com, dmcnews.org, yaf3press.net, alwasela.com, albidda.net, news-sinaa.com, Ukraynanın kievinform.com və buta.in.ua portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan həqiqətləri virtual aləmdə” layihəsi çərçivəsində m

  • Müsəlman Şərqinin ilk operası – “Leyli və Məcnun” Müsəlman Şərqinin ilk operası – “Leyli və Məcnun”

    Dövlət Tərcümə Mərkəzi Azərbaycanın beynəlxalq aləmdə tanıdılması və təbliği istiqamətində “Müsəlman Şərqinin ilk operası – Leyli və Məcnun” adlı tanıtım videoçarxı hazırlayıb...

  • Salam Sarvanın kitabı Kiyevdə təqdim olundu Salam Sarvanın kitabı Kiyevdə təqdim olundu

    Ukrayna Milli Ədəbiyyat Muzeyində müasir Azərbaycan şairi Salam Sarvanın əsərləri toplusunun təqdimat mərasimi keçirilib...