Kolumbiyanın yeni səfiri Tərcümə Mərkəzində

Kolumbiyanın yeni səfiri Tərcümə Mərkəzində

Kolumbiyanın Azərbaycan Respublikasında akkreditə olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri, cənab Luis Antonio Dimaté Kárdenas Dövlət Tərcümə Mərkəzində olub.

Görüş zamanı Azərbaycan–Kolumbiya ədəbi əlaqələri üzrə Mərkəzlə Kolumbiya səfirliyinin birgə əməkdaşlığı, ərsəyə gətirilmiş layihələr – Kolumbiyada işıq üzü görmüş, Azərbaycan və Kolumbiya şairlərinin əsərlərinin toplandığı “İyirmi şeir” kitabı, nəşrə dair Milli Elmlər Akademiyasında keçirilmiş geniş təqdimat mərasimi, Azərbaycan dilinə tərcümə edilərək ölkədə nəşr olunmuş  “Əvvəl dəniz vardı...” adlı Kolumbiya poeziyası toplusu, dahi Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin yaradıcılığı ilə bağlı Kolumbiyanın keçmiş müvəqqəti işlər vəkili, xanım Marta Galindonun təşəbbüsü ilə keçirilmiş yaradıcılıq gecəsi və digər bu kimi tədbirlərlə bağlı təəssüratlar bölüşdürülüb.

Daha sonra Kolumbiya–Azərbaycan ədəbiyyat və mədəniyyətlərarası əməkdaşlığa dair perspektiv layihələr, Azərbaycan ədəbiyyatının Latın Amerikası ölkələrində yayımı məsələləri müzakirə edilib.

Səfir Luis Antonio Dimate Dövlət Tərcümə Mərkəzi ilə uğurlu əməkdaşlıqdan duyduğu məmnunluğunu ifadə edərək bu səpkili layihələrin bundan sonra da, daha geniş şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşün sonunda səfir Qabriel Qarsia Markesin ispan dilində “Polkovnikə məktub yoxdur” kitabını Mərkəzin rəhbəri Afaq Məsuda təqdim edib.

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...