“Qanlı tarix – Xocalı soyqırımı” xarici KİV-də
Bir sıra nüfuzlu xəbər portalları – Əlcəzairin “Dzayerinfo”, Çinin “Alharir”, Özbəkistanın “İnterpress”, “Azcultur.uz”, İspaniyanın “Turaz.es”, Gürcüstanın “İverioni”, Türkiyənin “Alternatiftarih”, “Tded” saytları, İranın “Saib Təbriz” qəzeti Dövlət Tərcümə Mərkəzinin müxtəlif dillərdə hazırladığı “Qanlı tarix – Xocalı soyqırımı” yazısına öz səhifələrində yer ayırıb.
Tarixi faktlara istinadən hazırlanmış yazı və videoçarx Azərbaycanın yaxın keçmişində baş vermiş faciəvi hadisədən – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı alayın hərbi texnikası ilə Azərbaycanın qədim şəhəri olan Xocalıda dinc əhaliyə qarşı törətdikləri soyqırımından, insanlığa sığmayan vəhşiliklərdən bəhs edir.
Keçid linki: |
|
http://www.interpress.uz/?p=4570 | |
http://azculture.uz/ru/novost.php?year=2021&news=25 | |
VƏ DİGƏR...
-
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı...
-
Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.