Səmavi kitab – Tövrat nəşr olundu
Qədim yəhudilərin müqəddəs ilk beş yazı bükümünü – “Yaradılış”, “Çıxış”, “Levililər”, “Saylar”, “Qanunun təkrarı”nı özündə cəmləyən müqəddəs Tövrat kitabı ilk dəfə mükəmməl tərcümədə işıq üzü görüb. Qədim ibrani dilində “Qanun”, “Təlim”, “Öyüd” mənalarını daşıyan kitab Dövlət Tərcümə Mərkəzi ilə Bakı Dağ Yəhudiləri Dini İcmasının birgə əməkdaşlığı əsasında ərsəyə gətirilib.
Kitabın tərcümə müəllifi – tanınmış yazıçı-tərcüməçi Etimad Başkeçid, redaktoru – Bəhlul Abbasovdur.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:
“Libraf”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Azərkitab”
Prezident Aparatının Kitab Evi
Azərbaycan Dillər Universitetinin satış köşkü
“Pero” kitab mağazası
“Oxumalı” kitab evi
“Lider” kitab evi
VƏ DİGƏR...
-
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı...
-
Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.